Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AMEA-da daha çox nərd və domino dəbdədir” - Natiq Cəfərli

AMEA rəhbəri Ramiz Mehdiyev: “Çox təəssüflə qeyd edim ki, bəzi institut direktorları islahat keçirməyə maneə yaradırlar. Həmin şəxsləri xəbərdar edirəm, akademiyada islahat olmalıdır. Ötən illər nöqsanların yaranmasına gətirib çıxarmış amillər arasında qüsurlu idarəçilik sistemi birinci yeri tutur. İdarəçiliyin zəif və pərakəndə olması, məsuliyyətsizlik, tələbkarlığın zəifliyi akademiyada ciddi problemlərə, özbaşınalığa səbəb olub. Aparatın şöbələrində rəhbər vəzifədə kimlərinsə ayrı-ayrı şəxslərin təsirində olması üzərlərinə düşən vəzifələri yerinə yetirmələrinə səbəb olub. Yersiz çəkişmələr, məsuliyyəti bir-birinin üstünə atmaq, dedi-qodu kimi hallar məni dərindən narahat edir. Rəhbərlikdə təmsil olunanların bəzilərində də belə hallar müşahidə olunur. Bu xəstəliyə düçar olanlar bundan əl çəksinlər”. Ramiz müəllim intriqa ustası, incə siyasi gedişlər edən şahmatçı kimi açıqlama verib, halbuki, AMEA-da daha çox nərd və domino dəbdədir, amma şahmat oynayanlar da var. Ramiz müəllim öz rəhbərliyi altında çalışan, özü tərəfindən təyin edilən, ya da özü tərəfindən işdən çıxarıla biləcək institut rəhbərlərindən şikayət edib – bu sizə nəyi xatırladır?! Bəli, Prezidentin də özü tərəfindən təyin etdiyi, özü tərəfindən işdən çıxarılma səlahiyyəti olan məmurlardan şikayəti olurdu. Mehdiyev bunamı işarə edir?!

Ramiz müəllim Akademiya timsalında sistemi tənqid edib, deyir ki, əsas məsələ idarəçilik sistemindədi - əslində düz deyir, amma doğru demir: Yaxşı, bəs ölkədə və AMEA-da sistemi kim qurub, kim moderatorluq edib, kim tənzimləyib və nəzarət edib?! Görəsən Ramiz müəllim bu məsələdə özünün məsuliyyətinin də olduğunu düşünürmü?! Sistemdə yersiz çəkişmələrin, dedi-qoduların olduğunu söyləyir, bunu “xəstəlik” adlandırır – yaxşı, uzun illərdir ölkədə çəkişmələrin, intriqaların, dedi-qoduların memarı kim olub?! Əgər sırf AMEA-nı nəzərdə tuturdusu, bu da anlaşılan deyil – Ramiz müəllim yüksək vəzifədə olanda AMEA-nın birbaşa kuratoru kim idi?! Özü deyildimi?! Hamı bilir ki, uzun illərdir AMEA-da Ramiz müəllimin icazəsi, bilgisi, razılığı olmasa heç bir qərar alınmırdı, bəs nə oldu ki, bu sistemi indi ÖZÜ tənqid edir?! Bu özünütənqiddir, ya çox incə mesaj?! Bəlkə demək istəyir ki, kənardan AMEA-nın işinə müdaxilələr var, heç olmasa bura qarışmayın?!

AMEA-nın səmərəsiz fəaliyyətin göz önündə olmasından sonra məncə ən doğru qərar AMEA-nın rəsmi dövlət qurumu kimi ləğv edilməli, ictimai əsaslarla, QHT kimi fəaliyyəti təmin edilməli, büdcədən ayrılan vəsaitlər azaldılmalı, elm Universitetlərə qaytarılmalıdır. Universitetlərin nəznində elm daha geniş yer almalı, Təhsil-Elm-İqtisadiyyat bağı yaradılmalıdır...(pravda)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

Mehriban Əliyeva seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

Prezident Administrasiyasının rəhbəri 34 saylı seçki məntəqəsində səs verib

Ən çox oxunanalar